​Davos Forumunun keçiriləcəyi tarix açıqlandı

​Davos Forumunun keçiriləcəyi tarix
18:40 21.01.2022
A- A+

Davos Forumu mayda keçiriləcək.

Sükh.info.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun saytında məlumat verilib.
Bildirilib ki, “Birgə işləmək, etimadın bərpası” mövzusunda illik yığıncaq mayın 22-dən 26-dək İsveçrənin Davos-Klosters şəhərində keçiriləcək.

Forumun gündəliyindəki mövzulara pandemiyadan sonrakı bərpa, iqlim dəyişikliyi ilə mübarizə, iş üçün daha yaxşı gələcək qurmaq, Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadə daxildir.