​Putin və Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasını müzakirə etdi

​Putin və Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasını
14:40 22.01.2022
221 Siyasət
A- A+

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı keçirilib.

Sülh.info.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında əks olunmuş razılaşmaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib.

V.Putin və N.Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edib.