​Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edilib

​Suriyada İŞİD-in 50-dən çox terrorçusu
10:00 23.01.2022
138 Dünya
A- A+

Suriyanın şimal-şərqindəki Əl-Həsəkə şəhərində İŞİD-in 50 terrorçusu məhv edilib.

SÜLH.İNFO.az  bu barədə "Al-Arabiya" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Suriyanın hərbi qüvvələri ABŞ hərbçilərinin dəstəyi ilə Əl-Həsəkədə terrorçuların saxlandığı həbsxanaya hücum həyata keçirib.

Hücum nəticəsində həbsxanadan qaçmağa çalışan İŞİD terrorçuları zərərsizləşdirilib.

Bundan əvvəl həbsxana yaxınlığında kamikadzenin avtomobili partlatması nəticəsində Suriyanın bir neçə döyüşçüsü ölüb.