​Polşada ukraynalı qadın qarət edilərək öldürülüb

​Polşada ukraynalı qadın qarət edilərək
10:45 23.01.2022
134 Dünya
A- A+

Polşaya işləmək üçün gələn Ukrayna vətəndaşı qarət edilərək öldürülüb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “berdichev.biz” portal məlumat yayıb.

Qeyd olunub ki, qadın yanvarın 18-də gecə növbəsinə işə gedərkən naməlum şəxs onun başına ağır əşya ilə vuraraq qarət edib.

Mərhumun qızının sözlərinə görə, meyit bütün gecəni yağışın altında küçədə qalıb, səhər saatlarında yoldan keçənlər meyiti görüb və polisə müraciət ediblər.

İndi qız ölən anasını Ukraynaya aparıb dəfn etmək üçün vəsait toplayır. Qətldə şübhəli bilinən şəxs hələ də tapılmayıb.