​ÜST: Yeni ştamlar Omikrondan daha yoluxucu olacaq

​ÜST: Yeni ştamlar Omikrondan daha yoluxucu
10:40 24.01.2022
A- A+

Koronavirusun gələcək variantları Omikrondan daha yoluxucu ola bilər.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove deyib.

"Bu virus nə qədər çox yayılsa, onun dəyişmək üçün bir o qədər çox imkanı var. Omikron müzakirə edəcəyimiz son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran variantların olması çox real ehtimaldır”, - deyə ekspert əlavə edib.

O vurğulayıb ki, koronavirusun yeni ştamlarının xassələri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar.