​Brüsseldə polislə etirazçılar toqquşdu - 15 yaralı var

​Brüsseldə polislə etirazçılar toqquşdu -
10:59 24.01.2022
143 Dünya
A- A+

Belçikanın paytaxtı Brüsseldə sanitar məhdudiyyətlərə qarşı nümayişdən sonra baş verən iğtişaşlarda ən azı 15 nəfər xəsarət alıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Brüssel-İxelles şəhərinin mərkəzi zonasının polis idarəsi məlumat yayıb.

"Ən azı 12 etirazçı və 3 polis yaralanıb", - məlumatda deyilir.

Polisin hesablamalarına görə, Avropada sanitar məhdudiyyətlərə qarşı nümayişdə 50 min nəfərə qədər insan iştirak edib. Brüsselin Avropa Məhəlləsində keçirilən nümayişdən sonra polislə toqquşmalar və 1 000 nəfərə qədər adamın iştirak etdiyi talanlar olub. Polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib, onlarla nümayişçi saxlanılıb.