​Gürcüstanda daha 31 nəfər COVID- 19-dan öldü

​Gürcüstanda daha 31 nəfər COVID-
11:20 24.01.2022
139 Dünya
A- A+

Gürcüstanda son sutkada daha 7 947 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 31 pasiyent vəfat edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 059 392-yə, ölənlərin sayı isə 14 732-yə yüksəlib.

Müalicə olunaraq sağalanların sayı isə 5 550 nəfər artaraq 967 585 olub.