​Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

​Azad edilən ərazilərdə aşkarlanan minaların sayı
12:59 24.01.2022
195 Qarabağ
A- A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan SÜLH.İNFO.az - a verilən məlumata görə, yanvarın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 1 mina və 9 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.