​Kamran Əliyevdən 206 milyonluq ziyanla bağlı AÇIQLAMA

​Kamran Əliyevdən 206 milyonluq ziyanla bağlı
22:20 24.01.2022
167 Toplum
A- A+

"Ötən il prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub".

SÜLH.İNFO.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, 2021-ci ildə prokurorluq orqanları tərəfindən 1 301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.