​Azərbaycan Ordusu ermənilərə daha bir meyit verdi

​Azərbaycan Ordusu ermənilərə daha bir
10:40 25.01.2022
181 Qarabağ
A- A+

Azərbaycan Ordusu Ermənistan tərəfinə daha bir erməni əsgərin meyitinin qalıqlarını təhvil verib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, erməni axtarış qrupunun Suqovuşan istiqamətində bugünkü axtarışları nəticə verməyib.

Azərbaycan Ordusu isə Şərqi Zəngəzurda tapdığı erməni əsgər meyitini ermənilərə verib.

Bununla da 44 günlük Vətən savaşından sonra, 14 noyabr 2020-ci ildən bəri Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1707-yə çatıb.