​Serj azərbaycanlıları niyə "arzulayırdı"? - Nikoldan şok

​Serj azərbaycanlıları niyə
11:20 25.01.2022
231 Qarabağ
A- A+

Dağlıq Qarabağın statusu ilə bağlı referendumda 1988-ci il statistikası ilə orada yaşayan bütün xalqların (ermənilər və azərbaycanlılar nəzərdə tutulur – red.) iştirak etməsini nəzərdə tutan maddə Kazan danışıqlarından sonra sənədlərdən yoxa çıxıb.

SÜLH.İNFO.az Yenipress.az-a istinadən xəbər verir ki, bu sözləri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı “Hadrut, Şuşa və (keçmiş) Dağlıq Qarabağa aid digər ərazilərlə bağlı Ermənistanın mövqeyi nədir” sualına cavab verərkən deyib.

“Bir daha o məsələyə qayıdırıq ki, bundan öncə cavab vermişdim və böyük qalmaqal yaranmışdı. 2018-ci ilə qədər və ondan sonrakı danışıqlarda Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt yalnız ermənilər yaşayan ərazisi kimi baxılmayıb. Keçən dəfə yanlış şəkildə dediyim budur. Şuşa danışıqlarda olub, ya yox? Sonra mən Madrid prinsiplərindən danışdım. Orada referendum keçirilməsi və 1988-ci il siyahısı ilə orada yaşayan xalqların səsvermədə iştirakı nəzərdə tutulurdu. Bu isə o demək idi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin taleyinin həllində DQMV-də yaşayan həm ermənilər, həm də azərbaycanlılar iştirak etməli idi.

Bir qəribə fakta diqqət çəkmək istəyirəm: bu sənəd sonradan danışıqlar prosesindən yoxa çıxır və bu məsələni Azərbaycan deyil, Ermənistan qaldırır – Serj Sərkisyanın imzası ilə həmsədrlərə, vasitəçilərə müraciət edilir ki, bu müddəanın qaytarılması vacibdir, onun olmaması qəbuledilməzdir. Təsəvvür edirsinizmi? Azərbaycanlıların Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə iştirakı Kazan danışıqlar prosesindən sonra yoxa çıxır, ancaq o müddəanın geri qaytarılması üçün Azərbaycan deyil, Ermənistan iddia qaldırır. Niyə? Serj Sərkisyan Dağlıq Qarabağın taleyinin həllində azərbaycanlıların iştirakınımı arzulayırdı? Əlbəttə ki, yox! O istəyirdi ki, əhalinin sayı ilə bağlı 1988-ci il proporsiyası qaytarılsın, çünki 1988-ci ildə Dağlıq Qarabağdakı əhalinin 70 faizdən çoxu ermənilər idi.

2016-cı ildə danışıqlar prosesində bir məsələyə diqqət yetirilir ki, olduqca mühüm üstünlük itirilib və bu da sual yaradır: bir dəqiqə, bölgü ilə bağlı problem var...

Ona görə mən ötən dəfə dedim ki, Ermənistan tərəfi azərbaycanlıların referendumda iştirakı ilə bağlı məsələdə mübahisə yaratmayıb. Bunu mən yaratmamışam, belə bir təəssürat vardı ki, bu mənim arzumdur, bu formulu miras almışam.

Bu müddəa qayıtmamışdı, o özü (Serj Sərkisyan) istəyirdi ki, mütənasiblik (erməni əhalinin say üstünlüyü – red.) qorunsun. Çünki heç kəs bilmir ki, Dağlıq Qarabağdan olan 40 min azərbaycanlı 2017 və yaxud 2018-ci ildə nə qədər olmuşdu.

Azərbaycan bu referendumun tərəflərin razılaşdırdığı şərtlər daxilində keçirilməli olduğunu nəzərə alaraq bildirir: “Çox yaxşı, mənim fikrimcə, yaxın 50-100 ildə referendum olmayacaq”. Ermənistan deyir, razı deyiləm və tələb edirəm ki, referendum 5 ildən sonra baş tutsun. Azərbaycan deyir: “Müddət tərəflərin razılığı ilə müəyyənləşməlidir, elə deyilmi?” Ermənistan deyir, bəli. Azərbaycan deyir, indi ki sən razı deyilsən, mən də o müddətə razı deyiləm, onda referendum nə 5 ildən sonra, nə də 100 ildən sonra olacaq. Məsələ budur. Mən daha açıq da danışa bilərəm, ancaq gəlin bunu etməyək. Suala cavab verdim, dəqiq cavab üçün bütün informasiyanı açıqladım. Mən artıq cavabladım, gerisini özləri müqayisə edəcəklər”, - Paşinyan bildirib.