​ABŞ çağırış etdi: Prezidenti azad edin!

​ABŞ çağırış etdi: Prezidenti
12:40 25.01.2022
217 Siyasət
A- A+

Burkino-Faso prezidenti və digər saxlanılan məmurlar dərhal azad edilməlidir.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

“Burkino-Faso prezidentinin hərbçilər tərəfindən saxlanılmasından xəbərdarıq. Səfirliyimiz durumu izləyir. Prezidentin dərhal azad edilməsinə çağırırıq. Təhlükəsizlik qüvvələri konstitusiyanın müddəalarına əməl etməlidir. Tərəfləri fikir ayrılıqlarının dialoq yolu ilə həllinə çağırırıq”, - deyə Prays bildirib.

Qeyd edək ki, Burkina-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.