​Qazaxda partlayış - xəsarət alanlar var

​Qazaxda partlayış
21:20 25.01.2022
198 Hadisə
A- A+

Qazaxda qaz sızması partlayışa səbəb olub.

Sülh.info.az-ın məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.1950-ci il təvəllüdlü P.Vəliyev və onun nəvəsi 2008-ci il təvəllüdlü E.Vəliyev  yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, baba və nəvə evdə qaz sızması zaman partlayışdan xəsarət alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.