​Fransada bir gündə 500 mindən çox insan koronavirusa yoluxdu

​Fransada bir gündə 500 mindən çox insan koronavirusa
11:40 26.01.2022
A- A+

Fransada ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda yoluxma qeydə alınıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə "Sante Publique" agentliyi məlumat yayıb.

Son sutka ərzində ölkədə 501 635 xəstəliyə yoluxma faktı aşkarlanıb. Əksər xəstələrdə (təxminən 95%) "omikron" ştamı ilə yoluxma şübhəsi var.

Ümumilikdə, Fransada pandemiyanın başlanğıcından 16,8 milyondan çox yoluxma qeydə alınıb.

Qeyd edək ki, Fransa yoluxma sayına görə dünyada artıq 3-cüdür. Birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür.