​Bakı bulvarında sərxoş kişi dənizə düşdü

​Bakı bulvarında sərxoş kişi
13:59 26.01.2022
378 Hadisə
A- A+

Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb.

Daxili İşlər Nazirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib. 

Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.