​Ramiz Mehdiyev Elton Məmmədovu xüsusi ittiham qaydasında məhkəməyə verdirdi (YENİLƏNİB)

​Ramiz Mehdiyev Elton Məmmədovu xüsusi ittiham qaydasında məhkəməyə
11:55 27.01.2022
145 Toplum
A- A+

Dünən bununla bağlı mənə mesaj gəldi. Düşünürəm ki, kim olar? Təbii ki, bu, ancaq araqarışdıran AMEA-nın hüquq şöbəsinin müdiri Kamal Əliyev olar".

Bunu SÜLH.İNFO.az "Unikala" istinadənxəbər verir ki,açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib. O bildirib ki, K. Əliyev AMEA-nın Prezidenti Ramiz Mehdiyevin komandası ilə hərəkət edir:

"Bu proseslər hamısı mənim işə bərpa olunmağımla bağlıdır. İndiyə qədər niyə vermirdilər məhkəməyə? May ayından orada işləyir. Məndən sonra gəlib oraya. Mən heç onu tanımıram. Vaxt uzadırlar. Birbaşa şantaj xarakterli işlərdir. Bununla məni məhkəmə iddiasından əl çəkməyə məcbur etmək istəyirlər. Kamal Əliyev özü cinayətkar dəstənin üzvüdür. "Tərtər işi"ndə bizim əsgər və zabitlərimizə qarşı ədalətsiz qərarlar çıxaran şəxsdir".

Qeyd edək ki, E.Məmmədov vəzifəsindən azad edildikdən sonra AMEA-nı məhkəməyə verib və məhkəmə onun işə bərpa olunması haqda qərar verib. Daha sonra AMEA qərardan apellyasiya şikayəti verib. 

Murad İbrahimli

***

09:46

Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

SÜLH.İNFO.az xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.