​İsmayıllıda qanunsuz tüfəng götürüldü

​İsmayıllıda qanunsuz tüfəng
19:00 27.01.2022
199 Hadisə
A- A+

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalınçaq kənd sakini Cəsarət Hüseynovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.