​İqtisadi fəaliyyət sahəsinə aid cinayətlərin sayı açıqlanıb

​İqtisadi fəaliyyət sahəsinə aid cinayətlərin sayı
15:40 29.01.2022
284 Hadisə
A- A+

Ötən il Azərbaycanda iqtisadi fəaliyyət sahəsinə aid cinayətlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, 2021-ci ildə qeydə alınan cinayətlərin 37,6%-i (11 032-i) iqtisadi fəaliyyət sahəsinə aiddir.

Bildirilib ki, həmin cinayətlərin 40,8%-i (11 965-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 18,3%-i (5 372-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir.

Qeyd edək ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31 131 cinayət qeydə alınıb.