​Daha 1 nəfər toylara görə cərimələndi

​Daha 1 nəfər toylara görə
11:20 01.02.2022
239 Ölkə
A- A+

Yanvarın  31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 61 toy şənliyinin monitorinqini həyata keçirib.  

DİN-dən SÜLH.İNFO.az-a verilən məlumata görə, monitorinq 60 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 2 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.