​“Bakı Bus”un 7 ildir vəd etdiyi vay-fay yoxa çıxdı

​“Bakı Bus”un 7 ildir vəd etdiyi vay-fay
13:00 01.02.2022
334 Ölkə
A- A+

Paytaxtımızda fəaliyyət göstərən “Bakı Bus” avtobusları ilk dəfə xəttə buraxılanda vay-fay (WiFi) şəbəkəsi də göstərirdi. Qeyd edilirdi ki, bu avtobuslarda internet xidməti də yaxın vaxtlarda aktivləşdiriləcək və sərnişinlər pulsuz internetdən rahat istifadə edə biləcəklər.

Amma aradan illər keçəndən sonra nəinki xidmət aktivləşdirildi, hətta şəbəkə özü yoxa çıxdı. Artıq “Bakı Bus” avtobuslarında daha internet şəbəkəsinin özü də görünmür.

Bu barədə SÜLH.İNFO.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobuslarda internet şəbəkəsinin olması əsas şərt olaraq irəli sürülməyib.

 

“Doğrudur, bir çox şəhərlərdə bu təcrübə var. Şəhərimizdəki avtobuslarda da olması təqdirolunandır”, - o deyib.

M.Ağayev qeyd edib ki, hazırkı planlarda bu məsələ gündəmdə olmasa belə, avtobuslarda vay-fay qurşdırılması “gələcək planlar arasında” nəzərdə tutulub.

Qeyd edək ki, 2016-cı ildə “Bakı Bus” MMC avtobuslarda internet şəbəkəsinin “yaxın günlərdə” aktivləşəcəyini vəd etmişdi