​Blinkendən Lavrova: Rusiya buna son qoymalıdır!

​Blinkendən Lavrova:
23:00 01.02.2022
306 Dünya
A- A+

ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Sülh.info.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Blinken qarşı tərəfə təhlükəsizliklə bağlı müzakirələri davam etdirməyə hazır olduğunu bəyan edib.

Həmçinin amerikalı rəsmi Rusiyanı Ukrayna ətrafında gərginliyə son qoymağa çağırıb.

Dövlət katibi bildirib ki, Rusiya Ukraynaya müdaxiləsi ciddi nəticələrə gətirib çıxaracaq