​Yığmamızın məşqçisi və futbolçuları koronavirusa yoluxdu

​Yığmamızın məşqçisi və futbolçuları koronavirusa
11:00 02.02.2022
306 İdman
A- A+

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli, bununla əlaqədar bu gündən etibarən fevralın 3-dək Bakıda hazırlıq keçməli idi.

SÜLH.İNFO.az xəbər verir ki, prosedura uyğun olaraq komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb. Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub.

COVID-19 testi pozitiv nəticələnənlərin siyahısını diqqətinizə çatdırırıq:

Futbolçular: Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov , Sənan Ağalarov

Məşqçi: Aslan Kərimov

İnzibatçı: Ehtiram Abbasov