​ABŞ-da dəhşətli yanğın: 6 min insan təxliyə edildi

​ABŞ-da dəhşətli yanğın: 6 min insan təxliyə
13:40 02.02.2022
315 Dünya
A- A+

ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərindəki gübrə zavodunda yanğın baş verib.

SÜLH.İNFO.az xəbər verir ki, yanğın və partlayış qorxusu ilə əlaqədar yerli əhali, universitet tələbələri və məhbuslar da daxil olmaqla, 6 min insan təxliyə edilib.

Bazar ertəsi axşam saatlarında başlayan yanğını hələ də nəzarət altına almaq mümkün olmayıb.

 

Bildirilib ki, yanğın baş verən zaman ərazidə 500 ton ammonium nitrat və 5 min ton gübrə olub.

Yanğının başvermə səbəbləri araşdırılır.