​Bağçada işləyənlərin maaşı artımla ödənildi

​Bağçada işləyənlərin maaşı artımla
18:40 02.02.2022
337 Toplum
A- A+

Bağçada işləyən 37 mindən çox işçinin maaşı artımla ödənilib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlikdən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1 670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları ölkə başçısının müvafiq sərəncamları ilə 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanılıb ödənilib.