​Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa EDİLDİ

​Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa
23:59 02.02.2022
259 Dünya
A- A+

Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.

Sülh.info.az bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.

Təyyarənin göyərtəsində 65 sərnişin olub.

İlkin mərhələdə İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.