​Bakıda bir minik, iki yük avtomobili YANDI

​Bakıda bir minik, iki yük avtomobili
11:00 03.02.2022
271 Hadisə
A- A+

Bakının Nizami rayonunda “Opel” markalı minik avtomobili, Sabunçu rayonunda isə “KamAZ” və "Shacman" markalı yük avtomobillərinin kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.