​Meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi MƏLUM OLDU

​Meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi
12:32 03.02.2022
270 Hadisə
A- A+

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.

SÜLH.İNFO.az "Report"a istinadən xəbər verir ki,  2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.

Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.