​Hikmət Hacıyev Aİ komissarı ilə görüşüb

​Hikmət Hacıyev Aİ komissarı ilə
20:20 03.02.2022
318 Siyasət
A- A+

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

SÜLH.İNFO.az  xəbər verir ki, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Həmçinin Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”, - Aİ Komissarı qeyd edib.

Görüşdə Cənubi Qafqaz və Aİ-nin bu regiona dəstəyi də müzakirə olunub.