​Cəbrayılda xeyli mina aşkarlandı

​Cəbrayılda xeyli mina
12:40 04.02.2022
311 Hadisə
A- A+

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib.

Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.