​İtlərin kütləvi qətliamı ilə bağlı araşdırma başladı – İH-dən açıqlama

​İtlərin kütləvi qətliamı ilə bağlı araşdırma başladı
21:00 04.02.2022
321 Hadisə
A- A+
Gəncə Şəhər İcra Hakimiyyəti şəhərdə sahibsiz itlərin kütləvi şəkildə güllələnməsi ilə bağlı məsələyə reaksiya verib.
 
İH-dən BakuPost.az-a daxil olan məlumatda bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bülə bir göstəriş verilməyib.
 
Əlavə olunub ki, məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib: “Çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır.
 
Həmçinin, qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir”.
 
Açıqlamada qeyd olunub ki, sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Sığınacağın yaxın günlərdə fəaliyyətə başlayacağı vurğulanıb.