​Üç ölkənin xarici işlər naziri Ukraynaya səfər edəcək

​Üç ölkənin xarici işlər naziri Ukraynaya
09:00 06.02.2022
282 Dünya
A- A+

Avstriya, Slovakiya və Çexiyanın xarici işlər nazirləri Ukraynada işgüzar səfərdə olacaqlar.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Fevralın 7 və 8-də Çexiyanın xarici işlər naziri Yan Lipavski, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və Slovakiyanın xarici işlər nazirləri İvan Korçok Ukraynaya səfər edəcəklər.

Diplomatların səfərində əsas məqsəd Ukrayna ətrafında yaranan gərginlik fonunda ölkənin iqtisadi və maliyyə sabitliyinin dəstəklənməsi ilə bağlı müzakirələr aparmaqdır.