​Türkiyədə avtobus qəzası: yaralılar var

​Türkiyədə avtobus qəzası:
15:20 06.02.2022
305 Dünya
A- A+

Türkiyənin Sivas şəhərində sərnişin avtobusu aşıb.

SÜLH.İNFO.az "Haber Global"-a istinadla xəbər verir ki, Ankaradan Van istiqamətinə hərəkət edən sərnişin avtobusu Kayseri-Malatya magistral yolunun Sivasın Gürün rayonu hissəsində idarəetməni itirib.

Hadisə nəticəsində avtobusda olan 39 nəfərdən 11-i xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Gürün Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.