​İcra başçısı Prezident Administrasiyasına çağırılıb?

​İcra başçısı Prezident Administrasiyasına
22:20 07.02.2022
306 Toplum
A- A+

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcəyi və bu gün Prezident Administrasiyasına çağrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə oxu.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır. 

Məlumatda o da qeyd edilib ki, Gəncə şəhərində yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlama verilib: 

“Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə heç bir əlaqəsi yoxdur. Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqoununda lentə alınması faktı isə öz təsdiqini tapmayıb”, - deyə qurumdan bildirilib.