​İsrailin baş prokuroru vəzifəsinə ilk dəfə olaraq qadın təyin edilib

​İsrailin baş prokuroru vəzifəsinə ilk dəfə olaraq qadın təyin
09:40 08.02.2022
263 Dünya
A- A+

İsrailin Nazirlər Kabineti vəkil Qali Baarav-Miarunu ölkə hökumətinin hüquq müşaviri (Baş prokuror vəzifəsinə uyğun gəlir - red.) vəzifəsinə təsdiq edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Hökumətin keçmiş hüquq müşaviri Avixay Mandelblit isə 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefa verib.

Vəkil Baarav-Miara bu vəzifəyə üç namizəd arasından seçilib. Onun namizədliyi ədliyyə naziri Gideon Saar tərəfindən tövsiyə olunub.