​Bir millətin sərhədlərini aşan qardaşlığı... - Bayraqdar

​Bir millətin sərhədlərini aşan qardaşlığı... -
10:20 08.02.2022
A- A+

Bir millətin sərhədlərini aşan qardaşlığı, iki dövlətin ortaq taleyi tək festivalımız "Texnofest" ilə yeni uğur hekayələrinə çevrilsin.

 SÜLH.İNFO.az xəbər verir ki, bunu "Texnofest"in Müşahidə Şurasının sədri və Türkiyə Teknoloji Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraqdar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı özünün Tvitter hesabında etdiyi paylaşımda ifadə edib.

 

Bu gün "Texnofest Azərbaycan"ın təqdimatı üçün Bakıda olduqlarını xatırladan Səlcuq Bayraqdar paylaşımını da Azərbaycan dilində edib.

Xatırladaq ki, türk brendi olan “Texnofest”in “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu il mayın 26–29-da ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.