Yəmənin Həccə əyalətində minanın partlaması nəticəsində azı 10 əsgər həlak olub.
SÜLH.İNFO.az xəbər verir ki, minanın Husi üsyançıları tərəfindən qoyulduğu bildirilib.
Partlayış nəticəsində hökumətyönlü qüvvələrin hərbi maşını məhv olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumlarının dəstəyi altında Yəmən hökumət qüvvələri son vaxtlar husilərlə şiddətli döyüşlər aparır.