Kolumbiyanın Pereyra şəhərində güclü leysandan sonra 7 nəfər həlak olub, 29-u isə xəsarət alıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, bölgəyə xilasedici qruplar cəlb edilib.
Doskebradas bələdiyyəsində torpaq sürüşməsi bir neçə evin üzərini örtüb və Otun çayının məcrasını bağlayıb. İki nəfərin itkin düşdüyü deyilir.
***
Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Bu rəqəmin artacağı istisna edilmir.
Bu barədə “El Tiempo” nəşri məlumat yayıb.