​Bu ölkədə peyvənd olunanlara smartfon veriləcək

​Bu ölkədə peyvənd olunanlara smartfon
10:40 09.02.2022
285 Dünya
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusa qarşı peyvənd olunan 60 yaşdan yuxarı bütün ukraynalıların pulsuz smartfon alacağını bəyan edib.

SÜLH.İNFO.az xəbər verir ki, pensiyaçılara, həmçinin güzəştli tarif vəd olunub.

“İki il əvvəl biz yaşlı insanlar üçün rəqəmsal savadlılıq kursları başlatdıq, yazda isə yeni geniş dövlət proqramına start verəcəyik. Peyvənd olunan 60 yaşdan yuxarı bütün ukraynalılar arzu etdikləri halda pulsuz keyfiyyətli, müasir smartfon və güzəştli tarif alacaqlar”, - deyə Zelenski bildirib.

Hazırda Ukraynada vaksinasiya olunan şəxslərə min qrivna (təxminən 35 dollar) ödənilməsini nəzərdə tutan “eDəstək” proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində indiyədək 8 milyona yaxın ukraynalıya vəsait ödənilib. Bu həftə isə hökumət proqramın genişləndirilməsi haqqında qərar qəbul edəcək. İndi iki doza vaksin vurduran 14 yaşdan yuxarı ukraynalılar dövlət büdcəsindən min qrivna ala biləcəklər.