​"Fənərbağça" mübarizəni dayandırdı

​
11:00 09.02.2022
309 İdman
A- A+

Futbol üzrə Türkiyə Kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.

SÜLH.İNFO.az xəbər verir ki, "Fənərbağça" öz meydanında "Kayserispor"la qarşılaşıb. "Ülker" stadionundakı görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramazan Civelek vurub.

Kayseri klubu ilk hissənin sonlarında azlıqda qalıb. Uğur Demirok birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra İstanbul təmsilçisi ölkə kubokunda mübarizəni dayandırıb. "Kayserispor" isə 1/4 finala yüksəlib.