​Sumqayıt sakinindən avtomat götürüldü

​Sumqayıt sakinindən avtomat
13:20 09.02.2022
316 Hadisə
A- A+

Sumqayıt sakinində silah-sursat aşkarlanıb.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.