​Əməkdar rəssam vəfat etdi

​Əməkdar rəssam
13:40 09.02.2022
A- A+

Əməkdar rəssam Fəxrəddin Əli 84 yaşında vəfat edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə sənətşünas Ziyadxan Əliyev məlumat verib.

Qeyd edək ki, Fəxrəddin Əli Vəli 1938-ci ildə Zəngəzur mahalında anadan olub. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub.