Bakı şəhərinin Xətai rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, rayonda bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 20 kvadratmetr olan evin yanar konstruksiyaları və ümumi sahəsi 20 m² olan evin dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.