ABŞ Prezidenti Co Bayden və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz arasında telefon danışığı baş tutub.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər İran nüvə proqramını müzakirə edib, həmçinin hər iki ölkənin qlobal enerji təchizatının sabitliyini təmin etməsi öhdəliyini təsdiqləyiblər.
Bundan əlavə, Amerika prezidenti və kral regionda hadisələrin inkişafı və qarşılıqlı narahatlıq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.