​Olimpiya iştirakçımız: Zədəli vəziyyətdə çıxış etdim

​Olimpiya iştirakçımız: Zədəli vəziyyətdə çıxış
10:20 11.02.2022
245 İdman
A- A+

Olimpiya Oyunlarında çıxışlarımı zədəli vəziyyətdə yerinə yetirdim. Zədə məni narahat edir, yarışlara ağrıkəsici qəbul edərək çıxıram. Amma müalicə prosesi gedir. Gələcəkdə yarışlarda da çıxış etmək istəyirəm. Fikrimcə, hər şey düzgün qaydada davam edir.

 SÜLH.İNFO.az Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışlarında 18-ci olan Azərbaycan təmsilçisi Vladimir Litvintsev deyib.

Çıxışından razı qaldığını ifadə edən idmançı deyib:

“Çıxışımda hər hansı ekstremal hadisə, yıxılma, tullanmadan sonra yerə uğursuz düşmə halları olmadı. Sonadək mübarizə apardım və əlimdən gələn hər şeyi etdim. Bəli, tullanma hərəkətlərində yanlışlıqlar oldu. Amma daha çox işləmək, məşq etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycanı “Pekin-2022”də təmsil edən digər idmançı - fiqurlu konkisürən Yekaterina Ryabova fevralın 15-də mübarizəyə başlayacaq.