​Aparıcının "Çətinə düşsəniz nəyinizi satarsınız?" sualına belə cavab verdi

​Aparıcının
20:20 11.02.2022
285 Maqazin
A- A+

Əməkdar artist Ədalət Şükürov "Həmin Zaur" proqramına qonaq olub. 

SÜLH.İNFO.az  xəbər verir ki, müğənni verilişdə pandemiyada sənət adamlarının yaşadığı çətinliklərdən danışıb. 

O, aparıcının "Çətinə düşsəniz nəyinizi satarsınız: qızıl, ev, yoxsa maşın" sualına belə cavab verib:

"Qızılla aramız yoxdur. Ailədə bizdə qızıl sevmirlər. Həyatda hər şey olub: bağımızı da, maşınımızı da satmışıq. Normaldır... İnsanıq da, hansısa bir ərəfə olur. Pandemiyada da işimiz yox idi. Müğənnilərin 99 faizi də nəyisə satıb dolanıb. Heç kimə də heç nə deməyib".