​"Topçu Vüsal" qəzaya DÜŞDÜ - FOTO

​
11:20 13.02.2022
303 Hadisə
A- A+

Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza  nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O,  açıqlamasında məlumatı təsdiqləyib:

"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır".