Müğənni Yaşar Cəlilov övladını görə bilmədiyini açıqlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində danışıb.
İfaçı qızını sərbəst görmək üçün, onun 3 yaşının tamam olmasını gözlədiyini bildirib. O, bundan sonra qanunla müvafiq addımlar atacağını qeyd edib.