​Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları bəlli olub

​Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları
14:20 13.02.2022
272 Hadisə
A- A+

Şəmkirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın hadisə yerində olan müxbiri qətli törədən Elməddin Həsənovun əmisi Həsənov Tofiqlə söhbət edib.

Qatilin əmisi bildirib ki, qardaşı oğlunun başında ağrılar vardı, əsəb xəstəsi idi sabah həkimə gedəcəkdi:

“Sabah həkimə getməliydi guya, bu gün belə oldu”.

Hadisə yerindəki qonşular isə əməkdaşımıza söyləyib ki, Elməddin Həsənov kənardan normal şəxs kimi görünürdü, bazarda al-ver edirdi.