​Rusiyada evdə baş verən yanğında 4 uşaq ölüb

​Rusiyada evdə baş verən yanğında
15:00 13.02.2022
295 Dünya
A- A+

Rusiyanın İvanovo vilayətinin Yuryevets şəhərində fərdi evdə yanğın olub.

SÜLH.İNFO.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində dörd azyaşlı uşaq həlak olub.

İlkin məlumata görə, uşaqlarla birgə ana da olub. Hazırda ananın yeri müəyyənləşdirilir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi başlanıb.

Müstəntiqlər uşaqların ölüm səbəblərini və alovun mənbəyini müəyyən etmək üçün məhkəmə-tibbi və yanğın-texniki ekspertizalar təyin edib.