​Əli Əsədov İrakli Qaribaşvili ilə telefonla danışdı

​Əli Əsədov İrakli Qaribaşvili ilə
15:00 14.02.2022
241 Siyasət
A- A+

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə SÜLH.İNFO.az-a  Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.